“Real”ın fransalı hücumçusu Kərim Benzema nöbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, futbolçusun agenti “Mançester Yunayted” klubu ilə danışıqlara başlayıb.
 
Belə ki, Madrid təmsilçisinin yeni baş məşqçisi Rafael Benitesin Benzemanı komandasında görmək istəməməsi futbolçunun özünə komanda axtarmasına səbəb olub. Bu vəziyyətdən yararlanmaq istəyən “qırmızı şeytanlar” isə fransalını heyətlərinə qatmaqda israrlıdı.
 
Qeyd edək ki, 27 yaşlı futbolçu 2009-cu ildən “Real”da çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp