“Arsenal”ın polşalı qapıçısı Voyçex Şesnı yenidən siqaret qalmaqalı ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində o, Gürcüstanla oyun öncəsi dostları ilə küçədə siqaret çəkərkən yaxalanıb.
 
Belə ki, 25 yaşlı qapıçı 3-cü dəfə siqret çəkərkən tutulub. O, ilk dəfə London küçələrinin birində, digərində isə soyunub-geyinmə otağında iş üstə yaxalanmışdı. “Arsenal”ın baş məşqçisi Arsen Vengerin ona cəza verməsinə baxmayaraq futbolçunun əməlindən dərs çıxarmadığı görünür.
  
Qeyd edək ki, Şesnı 2009-cu ildən “Arsenal”da çıxış edir.
 
1433495974 b shhensny snov - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp