“Real”ın və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo dedi-qodulardan bezdiyini dilə gətirib. Futbolinfo.az xəbər verir ki, hücumçu sosial şəbəkədəki şəxsi hesabından son zamanlarda onun haqqında gəzən şayələrə cavab vermək qərarına gəlib.
 
30 yaşlı hücumçu fikrini videogörüntü ilə çatdırıb: “Son həftələrdə mənimlə bağlı pis şeylər danışılır. Hər gün bir sevgilimin olduğu və başqa xoşagəlməz sözlər deyilir. Oğlumla istiahətdəyəm. Məni rahat buraxın. İmicimi korlaya bilməzsiniz. Çünki buna gücünüz çatmaz”.
 
1607136 - Futbolinfo.az
 
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp