Massimiliano Alleqri Messini zərəsizləşdirməyin yollarını axtarır. Futbolinfo.az xəbər verir ki, bu barədə o, Çempionlar Liqasının finalında keçiriləcək “Yuventus” ilə “Barselona” komandaları arasındakı görüşdən öncə İtaliya mətbuatına danışıb.
 
İtaliyalı həmkarlarımıza danışan Alleqri bunları deyib: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qalib bir oyunla müəyyənləşəcək. Ona görə də fiziki və psixoloji cəhətdən hazır olmalıyıq. Çox güclü rəqiblə qarşılaşacağıq, amma  “Barselona”nın da  zəif yerləri var. “Yuventus” tarixi ərzində oynadığı 7 final qarşılaşmasının 5-də uduzub. “Barselona” isə 4 dəfə Çempionlar Liqasının qalibi olub, 3 dəfə məğlub olub. Kuboku qazanmaq üçün yaxşı oynamalıyıq. Bundan başqa, biraz da şansa ehtiyacımız var”.
 
Təcrübəli mütəxəssis Messi, Neymar, Suares üçlüsünü durdumaq üçün meydana çıxacaqlarını deyib: “Buna görə də futbolçularım daha yaxşı oynamalıdır. Ümid edirəm ki, Messini zərərsizləşdirəcəyik, bunun üçün meydana çıxacağıq. Kuboku qazanmaq üçün qol vurmalıyıq”.
 
Qeyd edək ki, ÇL-nın final oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp