“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında “Yuventus”la oyun öncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, bu barədə xarici KİV-ə danışıb.
 
Çalışdırıcı rəqib haqqında ehtiyyatlı danışıb: “Daha çox meydançanın rəqibə aid olan hissəsində oynamalıyıq. Final oyunları fərqli olur. Bu oyunda hər bir komandanın üzərində başqa oyunlarda olmayan təzyiq olur. Fikrimcə topa daha çox biz sahib olacağıq. “Yuventus” da topla oynamağa çalışacaq. Ancaq onlar fərqli oyun üslubu da seçə bilərlər”.
 
Qeyd edək ki, ÇL-nın finalı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp