“Atletik” klubu fransalı müdafiəçisi Emerik Laportun müqaviləsini 4 illik müddətə uzadıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun internet saytı məlumat verib.
 
21 yaşlı futbolçunun təzminat məbləği isə 50 milyon avrodu. Belə ki, Emeriki heyətinə qatmaq istəyən klub 50 milyon avrosundan keçməli olacaq. İspaniya mətbuatının yazdığına görə, yanvar ayında Madrid “Real”ı mərkəz müdafiəçisinin transferində maraqlı idi.
 
Qeyd edək ki, Emerik 2012-ci ildən Bilbao təmsilçisində çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp