Ötən gün Çempionlar Liqasında final matçı keçirilib. Futbolinfo.az xəbər verir ki, bütün Avropanın diqqəti Almaniyaya – Berlin Olimpiya stadionuna yönəlib. 
 
Bu arena qitə birincisi olmaq uğrunda iki qomandanın mübarizəsinə səhnə olub. Belə ki, “Barselona” və “Yuventus” kubok üçün savaşıb. Bu qarşılaşmanı azərbaycanlı azarkeşlər üçün maraqlı edən digər səbəb isə hakimlər olub. Belə ki, həlledici matçı qardaş ölkə Türkiyədən olan Cüneyt Çakırın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
 
Gərgin keçən qarşılaşmanın sonunda ispanlar sevinib. "Barselona" rəqibini 3:1 hesabı ilə məğlub edərək, kubokun sahibi olub.
Qeyd edək ki, yarımfinal mərhələsində “Barselona” Münhen “Bavariya”sını, “Yuventus” isə Madrid “Real”ını büdrədərək, finala vəsiqə qazanıb.
 
Çempionlar Liqası
Final
6 iyun
 
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) – 1:3
QOL: İvan Rakitiç, 4,  Morata, 55, Luis Suares 66, Neymar 90+5
 
"Yuventus": Canluici Buffon (k), Stefan Lixştayner, Leanardo Bonuççi, Andrea Barzaqli, Patris Evra, Kladio Markizio, Andrea Pirlo, Pol Poqba, Arturo Vidal, Karlos Teves, Alvaro Morata
 
"Barselona": Mark-Andre ter Stegen, Dani Alveş, Xerard Pike, Xavier Maskerano, Xordi Alba, İvan Rakitiç, Serxio Buskets, Andres İniyesta (k), Leonel Messi, Luis Suares, Neymar
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp