Bakı "İnter"i ilə müqaviləsi başa çatan Nizami Hacıyev karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçiyə artıq 3 klubdan təklif də var. 
Əldə etdiyimiz məlumata görə, uzun müddətdən sonra yenidən Premyer Liqada çıxış etmək şansı qazanan "Kəpəz" Hacıyevin xidmətindən maraqlıdı. Bundan başqa, AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov da futbolçunu öz sərəncamında görmək istəyir. Bu iki klubdan sabiq "İnter"liyə təklif olsa da, hələ ki, tərəflər razılığa gələ bilməyib. Haciyev böyük ehtimalla qarşıdakı günlər ərzində seçimini bu iki klubdan biri arasında edəcək. Amma Hacıyevin xidmətində gələcəyi sual altında olan "İnter" də maraqlıdı. Lakin futbolçunun maliyyə problemi yaşayan "bankirlər"i seçəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, Hacıyev "İnter"ə Kaxaber Sxadadzenin istəyi ilə "Qəbələ"dən transfer olunmuşdu. Paytaxt klubunda forma şansı qazanmaqda çətinlik çəkən yarımmüdafiəçi mövsümün sonlarına yaxın "İnter"in əvəzedici komandası ilə birgə məşq edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp