“Neftçi”nin braziliyalı müdafiəçisi Denis Silva açıqlama verib. Futbolinfo.az saytına danışan futbolçu əvvəlcə komandada qalıb-qalmayacağına aydınlıq gətirib:
“Hazırda Belçikadayam. Burada istirahət edirəm. “Neftçi”də qalıb-qalmayacağımız isə bilmirəm. 10 gün sonra Bakıya qayıdacam. Klub rəhbərliyi ilə görüşəcəm. Ondan sonra suallara aydınlıq gələcək”.
Silva baş məşqçi Arif Əsədovun istefasından da danışıb: “Məncə, rəhbərlik doğru qərar verib. Çünki dünyada belə bir şey var – iddialı klublarda məşqçi uğur qazana bilmirsə, gedir. Biz bərbad mövsüm keçirdik. Ona görə də rəhbərlik belə bir seçim etdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp