Səlahət Ağayevi transfer etmək istəyən, lakin maliyyə məsələsində razılaşa bilməyən “Xəzər Lənkəran” yenə eyni problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, cənublular bu dəfə “Simurq”dan yenicə ayrılan Draqan Çeranla danışıq aparıb.
“Ağ-yaşıllar” serbiyalı hücumçunu heyətinı qatmaq istəsə də, o, Zaqatala klubunda aldığından iki dəfə çox maaş istəyib. Forvard 250 min manat maaş tələb edib. Lakin cənublular bununla razılaşmayıb.
Qeyd edək ki, Çeran cari mövsüm “Simurq” forması ilə Premyer Liqada 14 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp