"Neftçi"nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov Polşanın Brzeq şəhərində keçirilən “Beynəlxalq Qapıçılar Məşqçiləri Seminarı”nda (IGCW) iştirak edir. Futbolinfo.az xəbər verir ki, 4 iyun tarixində başlamış tədbirdə seminar iştirakçılarına fəaliyyət və qavrama üzrə təlimlərin keçirilməsi, psixoloji hazırlıq, qapıçıların texniki bacarıqlarının inkişafı, real oyun vəziyyətlərində fərqli qərarların verilməsi və s. mövzularda mühazirələr oxunur. 
Qeyd edək ki, beynəlxalq seminara bu gün yekun vurulacaq.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp