Bakı “İnter”indən yenicə ayrılan yarımmüdafiəçi Asif Məmmədov “Qəbələ”yə keçə bilər. Futbolinof.az-ın əldə etdiyi məlumata görə, əyalət klubu futbolçuya artıq təklif göndərib. Lakin hələlik məsələ konkretləşməyib. 
Bundan başqa “Xəzər Lənkəran” və “Neftçi” də Məmmədovu transfer etmək fikrindədi. 
Bunları saytımıza açıqlamasında futbolçu özü də təsdiqləyib: “Təkliflər var. Düzdü, hər 3 klubdan zəng edənlər olub. Amma rəsmi heç bir şey yoxdu. Hələ ki, “transfer pəncərəsi” yeni açılıb. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək”.
Maraq üçün onu da qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bir neçə gün əvvəl verdiyi açıqlamada daha iki azərbaycanlı futbolçu alacaqlarını demişdi. Ola bilər ki, Məmmədov da bunlaradn biridi. Lakin “Xəzər Lənkəran” və “Neftçi”nin araya girməsi bu keçidi çətinləşdirə bilər. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp