Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu klubun adı bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu, “Antalyaspor”du.
Belə ki, PTT 1-ci Liqasının pley-off mərhələsində antalyalılar "Samsunspor"la üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da 2:2 bərabərlik qeydə alındığından tərəflər penaltilər seriyasına üz tutub. Burada daha dəqiq olan "Antalyaspor" 6:3 hesabı ilə qalib gəlib və elitaya yüksəlib.
Qeyd edək ki, bundan əvvəl “Kayserispor” və “Osmanlıspor” güclülər dəstəsinə vəsiqə qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp