Hazırda Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası  iyunun 7-də həmin ölkənin Pölten şəhərindəki “NV Arena”da Serbiya ilə yoxlama oyunu keçirəcək Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma affa.az saytında canlı yayımlanacaq.
Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq qarşılaşmanı avstriyalı hakimlər idarə edəcək:
 
Baş hakim: Harald Lechner
Baş hakimin köməkçiləri: Andreas Heidenreich, Roland Riedel 
Dördüncü hakim: Manuel Schüttengruber
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp