“Barselona”nın ulduz futbolçusu Lionel Messi bu gün “Yuventus”a qarşı keçirəcəkləri oyunla bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu Berlin Olimpiya stadionunda baş tutacaq finaldan qalib ayrılmaq istədiklərini bildirib: 
“Bu gün möhtəşəm final olacaq. Ötən il Çempionlar Liqası bizim üçün, xüsusən mənim üçün uğursuz oldu. Zədələr və dəyişikliklər imkan vermədi ki, yaxşı tərəfdən özümüzü göstərək. Bu gün isə möhtəşəm finalda oynayacağıq. “Yuventus” hiyləgər rəqibdi. Onların gücünü də hamı gördü. “Real” kimi güclü komandanı məğlub etdilər. Bütün bunlara baxmayaraq, inanıram ki, biz bu oyundan qalib ayrılacağıq”.
 
Qeyd edək ki, bu həlledici qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp