Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar”ın növbəti hədəfi qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqdi.
 
İtaliya mətbuatının verdiyi məlumata görə, Boatenqin meniceri Berlində “Qalatasaray”lı idarəçilərlə görüşüb və transferin detalları haqqında müzakirə aparılıb. 28 yaşlı futbolçu hazırda azad agentdi və yaxın vaxtlarda qərarını açıqlaması gözlənilir.
 
Qeyd edək ki, “Qalatasaray” hazırda “Arsenal”ın futbolçusu Lukaş Podolski ilə də yaxından maraqlanır. Əlavə olaraq bildirək ki, Boatenqin son klubu Almaniyanın “Şalke” klubu olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp