“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Almatı şəhərinin yığması ilə qarşılaşıb.
 
 İlk oyunda “Kayrat”ı böyükhesabla məğlub edən (4:1) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” bu qarşılaşmada da böyük hesabla qalib gəlib. 5 cavabsız qol vuran komandada Elvin İmanlı het-trikə imza atıb. Digər qolları isə Cavidan Qasımlı və İlkin Abdullayev vurublar. 
 
Qeyd edək ki, ilk iki oyunda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” turnirdə son oyununu iyunun 8-də Qırğızıstanın “Abdış-Ata” komandasına qarşı keçirəcək. Bu matç saat 10:00-da başlayacaq.
 
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp