Türkiyə PTT 1-ci Liqasına vəsiqə qazanan “Göztəpə” ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, izmirlilər “Konyaspor”un sağ cinah yarımmüdafiəçisi Benjamin Fuksla 3 il müddətinə müqavilə imzalayıb.
 
Belə ki, “Göztəpə”nin “Qarabağ”ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcla maraqlandığını bildirmişdik. Türkiyə mətbuatının yazdığına görə, tərəflər arasında bir müddət danışıqlar getsə də,bu proses heç də müsbət sonluqla bitməyib. Belə ki, Corcun izmirlilərdən 400 min avro maaş tələb etməsi bu keçidin həllinə mane olub. "Sarı-qırmızılar" da artıq Leroydan imtina edib. Müqaviləsi başa çatan Surinam əsilli futbolçununun Ağdam klubunda qalıb-qalmayacağı isə hələlik bəlli deyil.
 
Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”da çıxış edən Leroy cari mövsümdə komandasının vurduğu 51 qoldan 10-na imza atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp