“Bursaspor” klubunda yeni baş məşqçi təyinatı baş verib. Futbolinfo.az xəbər verir ki,Türkiyə mətbuatının verdiyi məlumata görə, Ərtoğrul Sağlam yenidən “ağ-yaşıllar”ın baş məşqçi vəzifəsinə təyin olunub.
 
Mənbədən verilən məlumata görə, bu mövsüm “yaşıl timsahlar”ı Şenol Günəş çalışdırsa da rəhbərlik onunla davam etməyib. Əvəzində isə 45 yaşlı mütəxəssilə 3 illik anlaşmaya imza atacaq. Ərtoğrul Sağlam bu keçidlə bağlı bunlar deyib: “Rəhbərliklə görüşdüm 3 illik anlaşmaya razılaşdıq. Sabah bəzi detallar haqqında danışıb müqavilə imzalayacağıq”.
 
Qeyd edək ki, 2009-13 illərində Bursa təmsilçisində baş məşqçi olan Sağlam 2009/2010 mövsümündə komandanı Türkiyə çempionu edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp