Dünən Çempionlar Liqasında “Yuventus” və “Barselona” (1:3) arasında keçirilən final oyunu Xavi Hernandez üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, Xavi katalonların heyətində son oyununa çıxıb.
 
Belə ki, dünənki qələbədən sonra Xavi 4-cü dəfə ÇL-nın qalibi olub və ümumilikdə “Barselona”da 25-ci kubokunu qazanıb. 35 yaşlı futbolçu həmçinin, 8 dəfə La Liqa, 3 dəfə İspaniya kuboku, 6 dəfə ölkə superkuboku və 2 dəfə də UEFA superkubokunun da qalibi olub.
 
Qeyd edək ki, Xavi yeni mövsümdən Qətərin "Əl Sədd" klubunda çıxış edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp