Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, yığma komandamızın bu dəfəki rəqibi Serbiyadı. 
 
Oyun Avstriyada keçiriləcək. Bu, görüş millimizin serblərə qarşı 5-ci matçı olacaq. Bundan əvvəl baş tutan oyunların statistikası belədi:
 
Serbiya və Çernoqoriya 2:2 Azərbaycan AÇSO-2004
Azərbaycan 2:1 Serbiya və Çernoqoriya AÇSO-2004
Serbiya 1:0 Azərbaycan AÇSO-2008
Azərbaycan 1:6 Serbiya AÇSO-2008
 
Bu qarşılaşma martda Maltanı 2:0 hesabı ilə məğlub edərək, millidə debüt edən baş məşqçi Robert Prosineçkinin 2-ci oyunu olacaq.
 
Qeyd edək ki, Azərbaycan – Serbiya oyununun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
 
 
Yoldaşlıq oyunu
7 iyun
 
 Azərbaycan – Serbiya – 1:4
QOL:  Dimitri Nazarov, 39, – Branislav İvanoviç, 9, 63, Adem Lyayiç, 55, Lazar Markoviç, 89,
Baş hakim: Harald Lexner
Baş hakimin köməkçiləri: Andreas Heidenreyx, Roland Riedel 
Dördüncü hakim: Manuel Şüttenqruber (hamısı Avstriya)
Sankt Polten (Avstriya). “NV Arena” stadionu
 
Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 9.Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Aqil Məmmədov, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 10. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 18. Coşqun Diniyev, 20. Cavid Tağıyev, 24. Elnur Cəfərov, 29. Elvin Camalov, 4. Pavlo Paşayev
Baş məşqçi: Robert Prosineçki
 
Serbiya: Vladimir Stoykoviç, Branislav İvanoviç, Nikola Maksimoviç, Matiya Nastasiç, Aleksandr Kolarov, Luka Milivoyeviç, Nemanya Matiç, Adem Lyayiç, Zoran Tosiç, Filip Kostiç, Aleksandr Mitroviç
Ehtiyat oyunçular: Jivko Jivkoviç, Zeloko Brkic, Duşan Basta, Nenad Tomoviç, Stepan Mitroviç, İvan Obradoviç, Radosav Petroviç, Lyubotır Feosa, Nemanda Gudeli, Filip Duriçiç, Lazar Markoviç, Petar Skuletiç
Baş məşqçi: Radovan Curçiç
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp