Türkiyə Superliqasında növbəti baş məşqçi dəyişikliyi yaşanıb. Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə Şenol Günəşlə yollarını ayıran "Bursaspor" yeni çalışdırıcısına qovuşub.
Klub saytından verilən məlumata görə, "ağ-yaşıllar" sabiq baş məşqçisi Ərtoğrul Sağlamla anlaşıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2009–2013-cü illərdə Bursa təmsilçisini çalışdıran Sağlam kluba ilk dəfə Türkiyə çempionluğunu yaşadıb. Onun son iş yeri "Əskişəhərspor" olub.