Avropa transfer bazarında adı tez-tez hallanan Zlatan İbrahimoviç haqqındakı iddialara son nöqtə qoyulub. Futbolinfo.az xəbər verir ki, meneceri Mino Raiola PSJ-nin ulduzu futbolçusunun satmayacağını açıqlayıb. 
"Milan"nın yeni sahibi Bee Taechaubolun Zlatanı yenidən "San-Siro"ya gətirəcəyi və illik 7 milyon avro təklif edəcəyi iddia edilirdi. Lakin Fransa mətbuatına danışan Raiola “Zlatan bir müqaviləyə sahib və ayrılmaq üçün sadəcə özü qərar verə bilməz. Klub prezidenti Naser Əl-Xəlifidən də bu transfer soruşulub və o da İbrahimoviçin PSJ-də qalacağını kalacağını bildirib" deyə açıqlama verib. 
Qeyd edək ki, Zlatanın adı Türkiyə nəhəngi "Qalatasaray"la da hallanırdı. Son çempion onu heyətinə qatmaq üçün planlar qururdu.
Shares: