Maliyyə problemləri səbəbindən “İnter”dən ayrılan Asif Məmmədovun yeni klubu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi başa vurduğumuz mövsümün bürünc mükafatçısı “Qəbələ” ilə anlaşıb. 
Saytımıza danışan futbolçu başqa təkliflərin olmasına baxmayaraq, “Qəbələ”nin şərtlərinin onu qane etdiyini bildirib: “Qəbələ” ilə 1 illik müqavilə imzaladım. Düzdü, başqa təkliflər də var idi. “Qəbələ”dən sonra ən real variant “Xəzər Lənkəran” idi. Onlarla danışığımız da oldu. Amma razılığa gələ bilmədik”.
Shares: