"Neftçi" klubunun təlim-məşq bazasında Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş iclasda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və "Neftçi"nin Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb.
Toplantıda flaqmanın Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.
Qeyd edək ki, "Neftçi"nin yerli məşqçiyə – Samir Əliyevə tapşıralacağını bir az öncə futbolinfo.az saytı yazmışdı.