Bir müddət əvvəl istirahət üçün ölkəmizə təşrif buyuran Zlatan İbrahimoviç bu gün keçiriləcək Norveçlə yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, isveçli futbolçu "Siz ötən həftəni demək olar ki, istirahət etdiz. Bildiyimizə görə təbiət və dağlar sizin xoşunuza gəlir. Siz harda dincəldiz?" sualına belə cavab verib:
"Mən günlərimi dağlarda keçirdim. Bunun isə mənim üçün böyük bir təcrübə olduğunu düşünürəm".
İbrahimoviç yığmamızın 4 gündən sonra da qarşılaşacağı Norveçlə oyuna hazırlıq barədə isə bunları söyləyib: "Bədənim hazırda özünü yaxşı hiss edir. Çünki artıq topa toxunmuşam. İsveç yığmasının bəzi aparıcı üzvləri Norveçlə qarşılaşmada meydanda olmayacaq. Ancaq biz hazırkı situasiyayla barışmalıyıq".
Bəzilərinə görə, "Real"ın norveçli üzvü Martin Odeqaard gələcəkdə Zlatandan daha yaxşı futbolçu olacaq. İbrahimoviç gənc vunderkind haqda qısa danışıb: "Mən onu görməmişəm, onun çıxışını izləməmişəm".
Qeyd edək ki, İbrahimoviç ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə təşrifi ilə gəlmişdi. Zlatan ölkəmizdə olduğu müddət ərzində Şamaxı, İsmayıllı və Qəbələyə səfər edib. Onun bölgələrimizə ov məqsədi ilə getdiyi istisna deyil.