Hazırda "Ərciyəsspor"da çıxış edən Madrid "Real"ının sabiq futbolçusu Royston Drente arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, o, Madriddə yerləşən "Opium" adlı gecə klubunda baş vermiş davada yaralanıb. 
Drente İspaniyada ortalığı bir-birinə qatıb. "El Mundo" qəzeti 28 yaşlı futbolçunu bəzi qaynaqlara görə kolumbiyalı, bəzi qaynaqlar görə isə ərəb mənşəli adamlar tərəfindən döyüldüyünü önə sürüb. İddialara görə, Drente başına stul və masalarla vurulmasının ardından yaralanıb. Davada iştirak etdiyi adamlarla gecə klubundan atılan Royston bir neçə ay öncə də Madriddə avtomobili alkoqollu şəkildə idarə etdiyinə görə gözaltına alınmışdı.
Qeyd edək ki, hollandiyalı 2007–2012-ci illərdə İspaniya nəhəngində çıxış edib. 
Shares: