“Barselona”nın baş məşqçisi Luis Enrike gələn mövsüm də vəzifəsində qalacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə katalonların prezidenti Josep Maria Bartomeu məlumat verib.
 
İspaniya mətbuatına danışan Bartomeu bunları deyib: “ Luis Enrike ilə daha bir illik müqaviləmiz var. Başqa məşqçi axtarmağa ehtiyac yoxdu. Enrike ilə əməkdaşlığa davam edəcəyik".
 
Qeyd edək ki, bir neçə gün öncə Luis Enrike “Barselona”dan gedə biləcəyini bildirmişdi. Əlavə olaraq bildirək ki, Katalon klubu Luis Enrikenin rəhbərliyi altında 2014/2015 mövsümündə La Liqa, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub.
Shares: