“Borussiya” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, dortmundlular “Münhün 1860”ın yarımmüdafiəçisi Julian Veyli heyətinə qatıb.
Klubun internet saytının verdiyi məlumata görə, 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Futbolçunun Dortmund təmsilçisində nə qədər qazanacağı isə məlum deyil.
Qeyd edək ki, Veyl “Borussiya”nın ilk transferi deyil. Belə ki, klub Leverkuzen “Bayer”indən Qonzalo Kastronu da həyətinə qata bilmişdi.