Bu gün dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunları keçirib. Futbolinfo.az xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz də meydana çıxıblar.
 
Belə ki, Bolqarıstan səfərdə qardaş Türkiyəyə böyükhesabla məğlub olub. Qrupumuzun autsayderi olan Malta doğma publika önündə Litvanı məğlub edib. Norveç isə İsveçlə bacarmayıb.
 
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi iyunun 12-də Osloda Norveç millisi ilə üz-üzə gələcək.
 
Yoldaşlıq oyunları
8 iyun
 
Türkiyə – Bolqarıstan – 4:0 
QOL: Hakan Çalhanoğlu, 49, 54, Burak Yılmaz, 56, 80,
 
Malta – Litva – 2:0 
QOL: Feneç, 62, Effionq, 80,
 
Norveç – İsveç – 0:0 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp