Premyer Liqanın və ölkə kubokunun qalibi “Qarabağ” müqavilə müddəti başa çatmış futbolçulara yeni sözləşmə təklif etsə də, onlardan bəziləri bununla razılaşmır. Futbolinfo.az xəbər verir ki, buna son çempionun futbolçulara əvvəlkinə nisbətən az maaş təklif etməsi səbəb olub.
Elə buna görə də, uzun müddətdi “atlılar”ın formasını tərlədən Vüqar Nadirov artıq komanda ilə yollarını ayırıb. Vüqardan başqa İlqar Qurbanov da eyni aqibətlə üzləşib. Klub rəhbərliyinin az maaşa oynama təklifini Qurbanov qəbul etməyib. Bu səbədən də İlqara özünə yeni klub tapmağı məsləhət görülüb.
Maraqlıdı ki, İlqar dərhal “Neftçi” ilə əlaqə saxlayıb. Amma onun paytaxt klubuna keçidi alınmayıb. İş burasındadı ki, “Qarabağ” kimi, “ağ-qaralar” da 29 yaşlı futbolçuya az maaşlı müqavilə təklif edib. Bakılıların yarımmüdafiəçi təklifi onun üçün qaneedici olmadığından müdafiəçinin Ağdam klubun əzəli rəqibinə transfer olunması alınmayıb.
İlqar özünə yeni iş yeri tapmasa, məcburiyyət qarşısında qalıb, “Qarabağ”da az maaşa çıxış etməsi istisna deyil. Bundan başqa Qurbanovun yenidən Türkiyə çempionatında görmək ehtimalımız da var.