“Qarabağ”la müqaviləsi başa çatan Leroy Corcun xidmətindən Türkiyə PTT 1-ci Liqasına vəsiqə qazanan “Göztəpə” də maraqlı idi. Futbolinfo.az xəbər verir ki, türklər hətta Leroyu danışıqlara da dəvət etmişdilər.
Son anda bu transfer baş tutmadı. Buna isə yarımmüdafiəçinin “sarı-qırmızılar”dan yüksək məbləğ tələb etməsi səbəb olub. Qardaş ölkə klubu Surinam əsilli hollandiyalının 450 min dollarlıq tələbinə rədd cavabı verib. Əldə etdiyimiz məlumata görə isə “Göztəpə” Leroyun keçidini 275 min dollara həyata keçirmək istəyib.
Qeyd edək ki, hollandiyalının “Qarabağ”da qalmaq şansı da var. Onun məsələsinə isə yaxın günlərdə aydınlıq gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp