İtaliya A Seriyasında növbəti baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki,  “Fiorentina” çalışdırıcısı Vinçentso Montella ilə yollarını ayırıb. 
Belə ki, rəhbərlik yeni mövsümdən 40 yaşlı mütəxəssislə çalışmaq istəməyib. Klubdan verilən açıqlamada Montellaya inamın azalması səbəbindən onunla yolların ayrıldığı qeyd olunub. 
Qeyd edək ki, 2012-ci ildən Florensiya təmsilçisini çalışdıran italiyalı arxada qalan mövsümü 4-cü pillədə başa vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp