AÇ-2016-nın seçmə mərhələsi çrçivəsində millimizlə qarşılaşacaq Norveç yığması dünən yoxlama matçı keçirib. Futbolinfo.az xəbər verir ki, “vikinqlər” öz meydanında İsveçlə qarşılaşıb. 
Görüş 0:0 hesabı ilə başa çatıb. Matçdan sonra norveçlilərin yarımmüdafiəçisi Stefan Yohansen açıqlama verib: 
“İlk hissədə temp aşağı idi. Lakin 2-ci hissədə sürəti artırdıq. Azərbaycan İsveçdən aşağı səviyyəli komandadı. Onlarala görüşdə də bu cür oynasaq, qalib gələcəyik. Amma matçın əvvəlindən bu tempdə oynamalıyıq”.
Qeyd edək ki, Norveç – Azərbaycan görüşü iyunun 12-də baş tutacaq.
Shares: