"Neftçi"də məşqçi dəyişiklikləri davam edir. Futbolinfo.az xəbər verir ki, U-17 komandasının baş məşqçi postuna Elşad Əhmədov təyin olunub. 
"Ağ-qaralar"ın U-19 kollektivi isə Tofiq Mustafayevə həvalə olunub. Maraqlıdı ki, PRO kateqoriyasına yenicə yiyələnən Azər Bağırov U-19 komandasının baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.
Nəzərə alsaq ki, Bağırov PRO kateqoriyasını almış ən gənc azərbaycanlı məşqçidi bu kənarlaşdırmanın başqa səbəblərinin olduğunu düşünə bilərik. Məsələyə aydınlıq gətirmək üçün Bağırovla əlaqə saxladıq. O, işdən azad olunmasını təsdiqləsə də səbəblərdən danışmaq istəmədi:
"Bəli, dünən bu xəbəri mənə verdilər. Rəhbərlik bu gün görüşəcəyimizi vəd edib. Nə məsləhət görəcəklərini deyə bilmərəm".
Bağırovun "Neftçi"dən uzaqlaşdırılmasının səbəbinin kökündə Sadıq Sadıqov tərəfindən gətirildiyini sezmək mümkündü. Sadıqov dönəmində gətirilən futbolçuları komandadan uzaqlaşdıran Müşahidə Şurası Arif Əsədovun istefaya göndərdikdən sonra diqqətini aşağı yaş qruplarına yönəldib. Bu qəbildən ilk qurban qismində Azər Bağırov seçilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp