Ansi Aqolli növbəti mövsüm də “Qarabağ”da çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, cari mövsümün sonu Ağdam klubu ilə müqaviləsi başa çatan alban futbolçuyla yenidən razılığa gəlinib. 
Belə ki, təcrübəli müdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Bunu klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiq edib. Ümumiyyətlə, komandadan ayrılacaq və ya yeni müqavilə bağlanacaq futbolçuların kimliyinə təlim-məşq toplanışının startı ərəfəsində aydınlıq gələcək.
Bundan əlavə, artıq klubla yolları ayrıldığı deyilən İlqar Qurbanovun məsələsi dəqiqləşməyib O, saytımıza açıqlamasında bir neçə klubla danışıqlar apardığını da deyib: “Xeyr, komandadan ayrılmamışam. Hələ ki, tətildəyəm, ortada dəqiq bir şey yoxdu. İndi istirahət edirəm, dəqiq qərar verməmişəm. Düzdü, 1-2 klubla danışıqlar aparıram. Amma necə olacağına az sonra aydınlıq gələcək”.
Qeyd edək ki, Aqolli 2010-cu, Qurbanov isə 2011-ci ildən Ağdam klubunun şərəfini qoruyur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp