İyunun 27-dən iyulun 9-dək Avstriyada təlim-məşq toplanışı keçəcək "Neftçi"nin iki potensial rəqibi müəyyənləşib. "Ağ-qaralar" həmin dövrdə bu Mərkəzi Avropa ölkəsində hazırlıq keçəcək iki elitar komandayla üz-üz gəlmək niyyətindədi.
Futbolinfo.az xəbər verir ki, bu, son Türkiyə Superliqasının bürünc mükafatçısı "Beşiktaş" və Avropa Liqasının son finalçısı Ukrayna "Şaxtyor"udu.
İstisna olunmur ki, hər iki komanda "Neftçi" ilə görüşə razılıq versin. Ancaq Samir Əliyevin yetirmələrinə qarşı əsas, yoxsa əvəzedici komandanı oynadacaqları dəqiq bilinmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp