AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Norveç yığması dünən yoxlama matçı keçirib. Futbolinfo.az xəbər verir ki, “vikinqlər” öz meydanında İsveçlə qarşılaşıb. 
Görüş 0:0 hesabı ilə başa çatıb. Matçdan sonra norveçlilərin müdafiəçisi Veqard Forren açıqlama verib:
“Çox şadıq ki, qol buraxmadıq. Bu, qapıçımız üçün müsbət haldı. Buna baxmyaraq, əlimizi yanmıza salmalı deylik. Çünki İsveç komandası bizə bir neçə dəfə əks hücumda təhlükəli anlar yaşatdı. Digər tərəfdən Azərbaycanla oyun öncəsi bir neçə günlük istrahət almağımız öz müsbət təsirini göstərəcək”. 
Qeyd edək ki, Norveç – Azərbaycan görüşü iyunun 12-də baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp