Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, artıq bu matçın hakimləri də müəyyənləşib. 
Belə ki, Osloda baş tutacaq qarşılaşmanı polşalı hakimlərə tapşırılıb. Oyunun baş hakimi Pavel Gil olacaq. Onun köməkçiləri Konrad Sapela və Marçin Borkovskidi. Radoslav Sieyka dördünücü, Bartoş Frankovski və Kşiştof Yakubik isə bu qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Norveç – Azərbaycan oyunu iyunun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp