Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yerli “Fanatik” qəzeti bu iddia ilə çıxış edib.
Mənbədə bildirilir ki, bundan sonra İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Vitor Pereyra çalışdıracaq. Artıq klub prezidenti Aziz Yıldırım 46 yaşlı çalışdırıcı il anlaşıb və onun yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir. Lakin klubdan bu barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Pereyra ötən mövsüm “Olimpiakos”la Yunanıstan çempionu olub.