"Barselona"nın 4 futbolçusu Çempionlar Liqasının qalibi kimi aldıqları qızıl medalları qaytarmalı olacaq. Futbolinfo.az xəbər verir ki, buna səbəb həmin oyunçuların reqlamentə uyğun gəlməmələridi.
Belə ki, qapıçılar Kladudio Bravo və Jordi Masip, habelə müdafiəçilər Duqlas Pereyra və Tomas Vermalen qaydalara əsasən ÇL-də heç olmasa bir oyunda iştirak etmə tələbinə uyğun gəlmədikləri üçün aldıqları medaldan məhrum ediləcəklər.
Xatırladaq ki, Kataloniya təmsilçisi finalda "Yuventus" üzərində 3:1 hesablı qələbə qazanaraq, ÇL-in qalibi olub.