Bir neçə gün öncə "Beşiktaş"dan ayrılan Slaven Biliçin yeni komandası müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bundan sonra karyerasını ingiltərə Premyer Liqasında davam etdirəcək.
Belə ki, o, sabiq komandası "Vest Hem"lə anlaşıb. Klub saytından verilən məlumata görə, 46 yaşlı mütəxəssis ingilislərlə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Biliç 2013-cü ildən Türkiyə klubunda baş məşqçi işləyirdi. O, 1996-1997-ci illərdə futbolçu kimi "Vest Hem"də çıxış edib.