“Yuventus” klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi “Real”ın almaniyalı yarımmüdafiəçisi Sami Xediranı heyətinə qatıb.
Kubun internet saytının verdiyi məlumata görə, “qoca sinyora” Xedira ilə 4 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçunun İtaliyada nə qədər qazanacağı məlum deyil.
Qeyd edək ki, 2010-ci ildən İspaniya nəhəngində çıxış edirdi.