“Mançester Yunayted” klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” “Real”ın fransalı müdafiəçisi Rafael Varanın transferinə çox yaxındı.
 
İspaniyanın “AS” nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar keçirilib və keçidin bəzi detallarında razılığa gəlinib. Həmkarlarımızın iddiasına görə, “Mançester Yunayted” Varan üçün 25 milyon avrosundan keçməyə hazırdı.
 
Qeyd edək ki, 22 yaşlı futbolçu 2011-ci ildən İspaniya nəhəngində çıxış edir.
Shares: