“Yuventus” klubu uruqvaylı müdafiəçisi Martin Kasareslə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu 2018-ci ilə kimi “qoca sinyora”nın şərəfini qoruyacaq.
İtaliya mətbuatının verdiyi məlumata görə, futbolçunun klubla müqaviləsi 2016-cı ilə kimi idi. Lakin yeni razılaşmaya əsasən Kasares 2017/2018 mövsümünün sonuna kimi “Yuventus”da qalacaq.
Qeyd edək ki, 2012-ci ildə “Sevilya”dan İtaliya nəhənginə gələn futbolçu, cari mövsüm A seriyasında 10 oyunda meydana çıxaraq 1 dəfə fərqlənə bilib.