İtaliya millisi və “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi Avro-2016-nın seçmə mərhələsində “Xorvatiya” millisi ilə görüşdən əvvəl maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, futbolçu iyunun 12-də keçiriləcək oyunda Xorvatiyanın favorit olduğunu bildirib.
İtaliya mətbuatına danışan Bonuççi bunları deyib: “Biz oyunda autsayderik. Bunu turnir cədvəli də sübut edir. Xorvatiya milli komandası keyfiyyətli futbolçulardan təşkil olunub. Turnir cədvəlində Xorvatiyadan sonra olsaq da qələbə qazanacağımıza inamımızı itirmirik”.
Qeyd edək ki, Azərbaycan milisi ilə birlikdə H qrupunda mübarizə aparan Xorvatiya və İtalya yığmaları arasında keçiriləcək oyun 12 iyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.