“İnter” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futblinfo.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Siti”nin serbiyalı futbolçusu Aleksandr Kolarovla anlaşmaya çox yaxındı.
İtaliya mətbuatının verdiyi məlumata görə, “İnter”in idman direktoru Piero Auzilyo Milan şəhərində futbolçunun agenti ilə görüş keçirib. Kolarovun “şəhərlilər”lə 2018-ci ilə kimi müqaviləsi olmasına baxmayaraq İtaliya təmsilçisi 29 yaşlı müdafiəçinin keçidində israrlıdı.
Qeyd edək ki, Kolarov 2010-cu ildən “Mançester Siti”də çıxış edir.