"Barselona" baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Mənbədə bildirilir ki, 45 yaşlı mütəxəssislə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2017-cı ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, Enrike arxada qalan mövsümdə "Barselona" ilə 3 kubok (La Liqa, İspaniya kuboku, Çempionlar Liqası) qazanıb.
Shares: