Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin müəyyənləşdiyini yazmışdıq. Futbolinfo.az xəbər verir ki, “sarı-lacivərdlilər” artıq portuqaliyalı mütəxəssis Vitor Pereyranı istanbula gətirib.
Artıq onun qardaş ölkədə çəkilmiş fotosu da yayılıb. Belə ki, onu dünən “sarı bül-büllər”in idman direktoru Culiano Terraneo İstanbula gətirib. Elə bu zaman onlar Atatürk Havalimanında görüntülənib. 46 yaşlı çalışdırıcı ilə yaxın günlərdə müqavilə bağlanacağı deyilir.
Qeyd edək ki, Pereyra ötən mövsüm “Olimpiakos”la Yunanıstan çempionu olub.
Shares: