"Qarabağ" və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisində inamlı çıxışı ilə diqqət çəkən müdafiəçinin xidmətində "Trabzonspor" klubu maraqlıdı.
Türkiyə mətbuatının yazdığına görə, qardaş ölkə nəhəngi artıq bu barədə rəsmi təklif də göndərib. "Qarabağ" isə qarşı tərəfdən 1 milyon avro transfer haqqı istəyib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, 23 yaşlı arxa xətt oyunçusu 2012-ci ildən "atlılar"ın şərəfini qoruyur.